Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
1 saylı cəzaçəkmə müəssisəsinin ərazisində fəaliyyət göstərən 2 saylı xüsusi əyani-qiyabi məktəbin direktoru Əmrah Səfərovun müsadirə edilmiş əmlakı geri qaytarılıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Cavid Hüseynin sədrlik etdiyi hakim heyəti belə qərar qəbul edib.
Məlumat üçün bildirək ki, sözügedən məktəbdə direktor işləmiş Ə.Səfərov 63 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
67 yaşlı müttəhim məhkəmədə etiraf edib ki, uzun illərdir onkoloji xəstəlikdən əziyyət çəkir. Elə bu səbəbdən cəzaçəkmə müəssisəsində işləyirmiş ki, 20 faiz artıq maaş alsın. Cinayət yolu ilə əldə etdiyi gəlirlərin da hamısını müalicəsinə xərcləyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş həkim diaqnozlarında təqsirləndirilən şəxsin xəstəliyinin son mərhələsində olduğu qeyd olunub. Hakimlər bunu xüsusi nəzərə alaraq onu həbsə göndərməyiblər (Hökm: şərti məhkum etmə). Amma müttəhim Səfərovun 68 min manat dəyərində mənzili və 12 min manatlıq "Mercedes" markalı avtomobili Bakı Şəhəri üzrə Təhsil İdarəsinə dəymiş ziyanın əvəzi olaraq müsadirə edilib.
Təqsirləndirilən şəxs hökmün əmlak müsadirəsi hissəsindən narazı qalaraq apellyasiya şikayəti verib. Müttəhim Səfərov əmlakının özünə qaytarılmasını xahiş edib. Yuxarı instansiya məhkəməsi şikayəti əsaslı hesab edib. Qərara əsasən, Ə.Səfərovun mənzili və avtomobili müsadirədən azad edilib.
Oxşar xəbərlər
Tonlarla meyvənin satıldığı sitrus bazarından görüntülər: Satıcılar qiymətlərdən danışdı
Baku TV Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazardan reportaj hazırlayıb. Bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçi...