Media.Az xəbər saytının 5 yaşı tamam oldu!

Media.Az xəbər saytının 5 yaşı tamam oldu!
Sosial 26

Bu gün Media.Az xəbər portalının 5 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, sayt 2018-ci il martın 1-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb.

Media.Az bütün sutka ərzində, günün 24 saatı işləyir, saytda rus dilində xəbərlər dərc edilir.

Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Media.Az portalı geniş oxucu auditoriyasına malikdir.

Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və videoreportajlar da dərc olunur.

Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Media.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub.

Biz də BAKU.WS saytı olaraq həmkarlarımızı ürəkdən təbrik edir, onlara bol-bol uğur arzulayırıq.

Son xəbərlər