Rus dilini bilməyən valideynlər övladlarını niyə rus bölməsinə yazdırırlar? (ARAŞDIRMA)

Rus dilini bilməyən valideynlər övladlarını niyə rus bölməsinə yazdırırlar? (ARAŞDIRMA)
Sosial 6837
Azərbaycan uşaqlarıının rus dilində təhsil almasını istəyən valideynlərin sayı durmadan artır. Valideynlərin bu istəyinin nəticəsində Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır. Boş yer yoxdur, əlavə sinifin yaradılması üçün isə rusdilli müəllim çatışmazlığı yaşanır. Bu problemlə əsasən uşaqlarını məktəbəhazırlıq kurslarına və 1-ci sinfə göndərən valideynlər qarşılaşıb. Hər gün Bakı şəhər Təhsil İdarəsinə etiraz cavabı alan yüzlərlə valideyn zəng edir. Onların hamısına öz mövqeyini dəyişmək və Azərbaycan dilində təhsili seçmək təklif olunur. Məlumatlı mənbələrin məlumatına görə, təhsil sistemində rus bölməsi üzrə pedaqoqlar çatışmır. Bu qeyri-müəyyən vəziyyət valideynləri ciddi şəkildə narahat edir. Onlar uşaqlarını məktəblərə necə qoyacaqlarını bilmirlər. Məktəblərdə dərslərin başlamasına — 17 sentyabr tarixinə isə çox az vaxt qalıb. Rus dilində danışa bilməyən valideynlər belə övladının rus dilində təhsil almasını istəyir. Bunun səbəbi nədir? Rus dilinə tələbat niyə artıb? BAKU.WS olaraq, bu suallara cavab axtarmaq üçün axtarışa çıxdıq.Belə bir mənzərənin yaranmasını Azərbaycan dilində təhsilin zəif olası ilə əlaqələndirmək düzgün olmazdı. Son 15-20 il ərzində Azərbaycan bölməsində təhsil alanların qəbul imtahanlarında göstərdiyi nəticələr rus bölməsilə müqayisədə dəfələrlə yüksəkdir. 650 bal toplayan abituriyentlərin siyahısında rus bölməsinin məzunu yoxdur. Amma ekspertlər belə düşünmür.Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev rus dilinə tələbatın artmasının səbəblərini belə görür: "Son illər nədənsə cəmiyyətdə rus dilinə tələbat artıb. İngilis dili dünyada dominantlığını qoruyub saxlasa da bizdə rus dilinə maraq daha çoxluq təşkil edir. Nəinki orta məktəblərdə, hətta ali məktəblərdə təhsil olan tələbələrin rus dilinə marağı artıb. Rus dili öyrənmək üçün kurslara gedənlərin sayı çoxalıb. Bunun çoxsaylı səbəbləri ola bilər. Səbəblərdən biri keçmiş postsovet ölkəsi olmağımızdır. Lokal səviyyədə ölkədən kənara çıxdıqda rul dili bizə çox lazım olur. Hətta, deyərdim ki, Amerika, Avropa və digər xarici ölkələrdə belə rus dili biliyimiz köməyimizə çatır. Səbəblərdən biri də budur ki, keçmiş postsovet ölkəsi olduğumuzdan bu dili mənimsəmək ingilis dilini mənimsəməkdən daha rahatdır, daha asandır. Çünki cəmiyyətdə rul dilində danışıq var".Ekspert hesab edir ki, ixtisaslı kadrların çatışmazlığının əsas səbəbini M.F. Axundov adına Rus dili və Ədəbiyyatı institunun Slavyan universitetinə çevrilməsində görür: "Bununla da rus dilli pedaqoji kadr hazırlığı kəskin şəkildə aşağı düşdü. Bununla da, cəmiyyətin tələbatı arasında uçurum yarandı. Yəni, rus dili müəllim kadrlarının hazırlanması o dərəcədə azaldı ki, cəmiyyətin mövcud tələbatını ödəyə bilmədi. Xüsusilə təbiət elmlərində çox böyük boşluq var. Fizika, riyaziyyat, kimya üzrə rusdilli müəllimlərin sayı demək olar ki, yox səviyyəsindədir. Rus bölməsinə qəbul olan abituriyentlərin sayı da azalıb.
Təhsil eksperti, fəlsəfə doktoru Etibar ƏliyevFərz edək ki, valideynləri Azərbaycan dilli məktəblərin təhsili qane etmir. Məktəblərin məktəbəqədər hazırlıq siniflərində və 1-ci siniflərində rus dilinə tələbatın artması, sıxlığın yaranmasının səbəbi Azərbaycan bölmələrindəki təhsilin valideynləri qane etməməsidir. Digər tərəfdən, rus məktəblərinin, hətta Azərbaycan məktəblərindəki rus bölmələrinin sayını kəskin azaltdılar. Rus bölmələrində ciddi ixtisarlar getdi. Bununla da, cəmiyyətin tələbatı ilə uyğunsuzluq yarandı. Hazırda yaşanan rusdilli pedaqoji kadr çatışmazlığı problemi yaranmasının əsas səbəbi budur".E.Əliyev rus diliyə olan tələbatı elmi və ədəbi ədəbiyyatın rus dilində daha mükəmməl olması ilə də əlaqələndirir: "Həm də rus dili uzun müddət bizim üçün intelekt dili olub. Bizim bütün alimlərimiz rus dili olmadan alimlik dərəcəsi ala bilməzdilər. Həkimlərin özü də bu dili işlək dil kimi istifadə edirdilər.İndinin özündə də bütün sahələr üzrə çevik ədəbiyyat çapı yüksək səviyyəli tərcümələr rus dilindədir. Bir məsələni də qeyd edim ki, bunu heç kim inkar edə bilməz, rus dilli məktəblərin, rus bölmələrinin müəllimləri tədrisdə müxtəlif alternativ dərsliklərdən istifadə edirlər. Rus dilində çoxsaylı alternativ dərsliklər mövcuddur. Azərbaycan dilində bu yox səviyyəsindədir. Keçmiş təhsil naziri Misir Mərdanav vaxtilə məktəblərdə əlavə dərsliklərdə istifadə edilməsinə qoyduğu qadağa - savadsız və məkrli addımının nəticəsi olaraq müəllimlərin özünün alternativ metodik dərsliklərlə biliyini artırmasına əngəl yaratdı. Amma rus bölməsində Rusiyadan, Belarusiyadan gələn dərsliklər var. Valideynlər də rus dilindəki təhsilin səviyyəsini görürlər və uşaqlarının bu dildə təhsil almasını istəyirlər. Elin gözü tərəzidir. Valideyn harada görsə ki, təhsil yüksəkdir, oraya axın olacaq. Bu təbii haldır”.
Təhsil ekperti Kamran ƏsədovTəhsil ekperti Kamran Əsədov son illərdə valideynlər nəzərə çarpacaq dərəcədə övladlarının rus bölməsində təhsil almasına meyl etməsinin əsas səbəblərdən birinin rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlayır: "Belə ki, rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurrikulum və sair kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər.Ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir.Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.Amma düşünürəm ki, övladlarının rus bölməsində təhsil almasını arzu edən valideynlər bir neçə məqama diqqət yetirməlidir. Evdə nə ata, nə də ana rus dilini bilmirsə, üstəlik uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir. Uşaq bilməyəcək ki, dili öyrənsin, yoxsa müəllimin öyrətdiklərini mənimsəsin. Rus bölməsində sinifdə müəllim ancaq rus dilində danışır. Dili bilməyən şagird dərsin izahını da qavramayacaq".Təhsil Nazirliyi isə məsələ ilə bağlı susqunluğunu qoruyub saxlayır...Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər