MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB" televiziya proqramına start verilib
Bu gündən etibarən Medianın İnkişafı Agentliyi və AzTV-nin birgə təşkilatçılığı ilə "MEDİALAB" televiziya proqramına start verilib.
Layihənin keçirilməsində əsas məqsəd informasiya yaradılması və ötürülməsi prosesində texnologiyaların geniş tətbiqi nəticəsində xüsusilə mürəkkəbləşən rəqəmsal media mühitində dezinformasiyaya qarşı ictimai müqavimətin gücləndirilməsi və media savadlılığının artırılması, həmçinin peşəkar medianın bu sahədə maarifləndirici funksiyasının və proaktiv rolunun gücləndirilməsidir.
Qeyd edək ki, "MEDİALAB" proqramı hər çərşənbə axşamı saat 19:30-da AzTV-də yayımlanacaq.
Oxşar xəbərlər
Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərində qaz olmayacaq. Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, rayonun Bin...