Mayis Musayev işdən çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Məşğulluq Agentliyinin Kommunikasiya departamentinin rəhbəri Mayis Musayev vəzifəsindən ayrılıb.
BAKU.WS xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim", - M.Musayev bildirib.
Xatırladaq ki, M.Musayev 2021-ci ildən etibarən bu vəzifəni icra edirdi. O, daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı
Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində sahilboyu ərazilərdə yeni quru sahələr yaranıb. Vaxtilə su altında olan ərazilər artıq quruya çevrilib. Dənizi...