Maşın almaq üçün əsl vaxt: qiymətlər xeyli düşəcək (VİDEO)
Devalvasiyadan sonra bahalaşan yeni avtomobillərin qiymətində yenidən düşmə gözlənilir. Uzun müddətdir avtomobil satışında durğunluğun hökm sürməsi avtomobil şirkətlərini qiymətlər haqqında düşünməyə vadar edib. Bir sıra avtomobil mərkəzləri qiymətlərdə yaya doğru yeni endirim kampaniyalarına başlamağa hazırlaşır.
Bundan əlavə şirkətlər müxtəlif hədiyyə və güzəşt kompaniyalar ilə avtomobil bazarlarında canlanma yaratmağa çalışırlar. Bu əsasən əlamətdar günlər və bayramlar ərəfəsində olur.
Bir sıra şirkətlər isə serviz endirimləri ilə diqqət çəkmək niyyətindədir. Çünki avtomobil alanlar onun sonrakı xərcləri ilə də ətraflı maraqlanırlar.
Ekspertlər avtomobil bazarındakı qiymət durğunluğunun hələ bu ilin sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.
BAKU.WS "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
BAKU.WS
Oxşar xəbərlər
“Maşın bazarı “ölüb”, sadəcə “basdırmaq” qalır” - FOTOLAR
Avtomobil bazarında təklifin tələbi üstələməsi tendensiyası davam edir. BAKU.WS-in musavat.com-a istinadın verdiyi məlumata görə, hətta satıcılar bildirirlər ki...