“Magic Tours - Massage Center”in fəaliyyəti dayandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Xətai rayonunda xüsusi karantin rejiminin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours - Massage Center” aşkar olunaraq fəaliyyəti dayandırılıb.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.
Oxşar xəbərlər
Bakıda gizli işləyən kafedə 5000 manata yaxın cərimə yazıldı - FOTO
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşay...