Bakıda gizli işləyən kafedə 5000 manata yaxın cərimə yazıldı - FOTO
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Əlahiddə Çevik Alayı və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 8-də “Beyləqan” kafesinin icarədarı, işçiləri və müştəriləri 5-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 3000 manat, digərləri 200 manat cərimə olunublar.
Qalereya
Oxşar xəbərlər
Bakıda polislə sakinlər arasında baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
"Bəzi xəbər saytlarında bir qrup şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxslərlə bağlı yayılan görüntülər tərəfimizdən ara...