Maaş kartları ilə gediş haqqını ödəmək olacaq

Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
Sosial 1582

 

Əməkhaqqı kartlarını ictimai nəqliyyatda gediş haqqının ödənişi üçün istifadə etmək mümkün olacaq.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu yenilik nəqliyyat sisteminin texniki və texnoloji inkişafının vacib istiqamətlərindəndir.

M.Ağayev qeyd edib ki, bu layihənin icra müddəti barədə danışmaq hələ tezdir.

Şöbə müdiri bu sahədə başqa yeniliklərin də olduğunu deyib. "BakıKart”ın onlayn yüklənməsi də yeniliklər arasındadır.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda daha bir marşrut kart sisteminə keçdi

Bakıda daha bir marşrut kart sisteminə keçdi

Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi müm...

3445 Sosial 18:54 30 may 2017

Son xəbərlər