Avtobuslar qış rejiminə keçir

Avtobuslar qış rejiminə keçir
Sosial 1244
 

Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan şirkətlərə qış rejiminə keçidlə bağlı məktub göndərəcək. Bu barədə trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, ümumiyyətlə, hər gün avtobuslar xəttə çıxmazdan əvvəl qarajda texniki baxışdan keçməlidir:

"Bu baxış istənilən hava şəraitində olmalıdır. Amma xüsusi olaraq qış rejimi ilə bağlı bütün daşıyıcılara məktub göndəriləcək ki, sərnişindaşımada müntəzəm istifadə etdikləri avtobusları texniki baxımdan qış rejiminə uyğunlaşdırsınlar. Bura təkərlərin dəyişdirilməsi, antifrizn yenilənməsi, avtobusların salonunda isitmə sisteminin sazlığını yoxlamaq və digər zəruri addımlar daxildir”.

 

BAKU.WS

Oxşar xəbərlər

Sərnişinlərin nəzərinə! Bu avtobusun Alatavaya getməsi qadağan edildi

Sərnişinlərin nəzərinə! Bu avtobusun Alatavaya getməsi qadağan edildi

Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. Bu...

2192 Sosial 18:24 21 oktyabr 2016

Son xəbərlər