Lift ödənişləri barədə YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakıda lift ödənişlərini elektron qaydada ödəmək mümkün olacaq”.
BAKU.WS xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktor Xalid Ələkbərov bildirib.
Onun sözlərinə görə, bununla bağlı yeni sistem yaradılıb:
“Bu məsələlərlə məşğul olan bir şirkətlə müqavilə bağlamışıq. Onlar bizə sistemi qurublar.
Vətəndaşlarda kod olacaq və oradan lift ödənişlərini edə biləcəklər. Bu sistemi yaradan şirkətə isə vətəndaşlardan daxil olan ödənişlərdən 0,1 faiz veriləcək. Bu, məsələ tam həll olandan sonra işçilərin də sayı azaldılacaq”.
O qeyd edib ki, sistem ilin sonuna kimi hazır olacaq və artıq test edilir.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...