LiAZ Azərbaycana avtobus tədarük etmək niyyətindədir
10
avq
2018
21:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Likino avtobus zavodu (LiAZ) Azərbaycana avtobus tədarükünü təşkil etmək niyyətindədir.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu "QAZ Qrupu"nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.N.Odintsovun sözlərinə görə, Azərbaycana avtobus tədarükü ilə bağlı bir neçə müqavilənin imzalanması gözlənilir.Direktor qeyd edib ki, LiAZ-ın məhsullarının təxminən 10 faizi MDB ölkələrinə, ilk növbədə Qazaxıstana ixrac olunur:"Bu il biz MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, bizim Şərqi Avropaya avtobus ixracı ilə bağlı planlarımız var".N.Odintsovun sözlərinə görə, LiAZ ildə 2,5 min avtobus istehsal edir. Şirkətin tədarükünün 70 faizi Moskva və Moskvaətrafının payına düşür.BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərnişin dolu avtobus tüstülədi (VİDEO)
Bakıda 94 nömrəli sərnişin avtobusu yolda tüstülüyüb. BAKU.WS-in məlumatına görə, 99-XT-628 dövlət qeydiyyat nişanlı avtobus texniki nasazlıq yaradıb. Marşrut...