İlham Əliyev İbrahim Rəisiyə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti İbrahim Rəisiyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, başsağlığında deyilir:
“Hörrmətli cənab Prezident,
Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”
Oxşar xəbərlər
37 məktəb və liseyə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş V...