Lerik və Masallıda yeni sürüşmə sahələri yarandı
16
okt
2017
22:54
Lerik və Masallı rayonlarında yeni lokal sürüşmə sahələri əmələ gəlib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya bildirib ki, Lerikdə Soru, Veri-Əliabad və Kirəvud, Masallıda isə Zuvand və Güllütəpə kəndlərində yeni lokal sürüşmə sahələri yaranıb.Onun sözlərinə görə, buna həm təbii, həm də texnogen amillər səbəb olub. S. Əmiraslanov qeyd edib ki, Lənkəran-Lerik avtomobil yolunda uçqun və sürüşmə sahələrində də genişlənmələr müşahidə edilir.BAKU.WS
Oxşar xəbərlər
Bakıdakı subasma sahələri ilə bağlı SON DURUM - RƏSMİ
Son günlər yağan yağıntıların təsirindən Bakıdakı bir sıra subasma sahələrində subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.BAKU.WS xəbər verir ki, bu...