Lənkəran həftəsonu qadağasından sonra - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bəzi sahələrdə fəaliyyətinə icazə verilən vətəndaşlar istisna olmaqla, həftəsonu yaşayış yerlərini tərk etməklə bağlı qadağalar tətbiq olunmağa başlanıldı.
BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, şənbə və bazar günləri evdən çıxma ilə bağlı qadağa Lənkəran sakinlərinə də şamil olundu.
Artıq bu gündən şəhərdə sərt karantin rejimi aradan qalxıb, nəqliyyatın hərəkəti, marketlər, ticarət mərkəzləri, apteklərin fəaliyyəti bərpa edilib. Lənkəran sakinləri artıq normal həyat tərzinə geri dönüblər.
Xüsusi karantin rejimi yumşaldılsa da, vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial izolyasiya qaydalarına riayət etmələri tələb olunur.
Həftəsonu sərt karantin rejiminin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunub.
Oxşar xəbərlər
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində hərəkət icaze.e-gov.az portal...