Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
25
avq
2026
15:20
Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və "Azərenerji" ASC-nin, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin və "Elektrik Enerjisi Sisteminin Operatoru" şirkətinin nümayəndələrinin işgüzar görüşü keçirilib.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər.
Oxşar xəbərlər
Bu rayonda məktəblər TƏMİR OLUNACAQ
Azərbaycanda bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması planlaşdırılır. Layihə məktəb binalarının texniki vəziyyətinin...