Kürün aşağı axınında çayın səviyyəsi artıb
19
mar
2022
17:37
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kür çayının aşağı axınında çayın səviyyəsi artıb.
BAKU.WS xəbər verir ki, bu barədə "report"un Muğan bürosuna yerli sakinlər məlumat verib.
Sakinlərin sözlərinə görə, çayın aşağı axınında su 40 sm-ə yaxın artıb:
"Hazırda şirin su Neftçala rayonunun Bankə qəsəbəsinə çatıb. Çayın Xəzər dənizinə qovuşmağına 20 km qalıb".
Həmçinin məlumata görə, Şirvanda da çayın suyu 1 metrə yaxın artıb.
Qeyd edək ki, bu ayın əvvəlindən Kür çayında su azalıb və bəzi yerlərdə tamamilə qurumuşdu.
Oxşar xəbərlər
Kürdə suyun səviyyəsi artıb
Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi artıb. BAKU.WS xəbər verir ki, bu barədə "report"un Muğan bürosuna rayon sakinləri məlumat verib....