"Kupça"sı olmayanlara ŞAD XƏBƏR - 500 mindən çox ev... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yaxın vaxtlarda ölkəmizdə qanunsuz tikililərlə bağlı problemlər həll oluna bilər.
Əmlak amnistiyasi ilə 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunacağı gözlənilir.
Millət vəkili Rüfət Quliyev “Xəzər Xəbər”ə bildirib ki, paytaxtda və ətraf qəsəbələrdəki sənədsiz evlərlə bağlı təkliflər hazırlanıb. Onun sözlərinə görə, yeni mexanizm qanunsuz tikililərin sənədləşdirilməsi prosesini asanlaşdıracaq. Millət vəkili qeyd edib ki, paytaxt və ətraf qəsəbələrdə təxminən 500 mindən çox qanunsuz yaşayış və qeyri-yaşayış obyektinin çıxarışla təmin olunmasına ehtiyac var.
Millət vəklinin sözlərinə görə, əmlak amnistiyası qeyri-yaşayış obyektlərinə də şamil olunacaq. Bu kateqoriyadan olan 40 mindən çox tikili rəsmiləşdiriləcək.
Qeyd edək ki, qanun layihəsi Parlamentin komitə iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...