Küçədə videosu yayılan azyaşlı tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün sosial şəbəkələrdə Bakı küçələrinin birində yol kənarında halsız vəziyyətdə görüntüsü yayılan məktəblinin yeri müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə qafqazinfo-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, 15 yaşlı məktəbli gecə saatlarında tapılıb:
“O, dünən gecə saatlarında 21 saylı Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. Hazırda müalicə müəssisəsinə yerləşdirilib”.
Qeyd edək ki, qurumdan bildirilmişdi ki, azyaşlı oğlan daha əvvəl dövlət komissiyası tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib, orada müalicə olunub. Müalicəsi bitdikdən sonra xəstəxana tərəfindən valideyninə təhvil verilib.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...