KT və rentgen ildə neçə dəfə edilə bilər?
Rentgen, flüoroqrafiya və kompüter tomoqrafiyası (KT) kimi görüntüləmə müayinələri xəstəliklərin diaqnostikasında geniş istifadə olunur. Lakin bu üsullar ionlaşdırıcı şüalanmaya əsaslandığı üçün onların tezliyi ilə bağlı suallar yaranır.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu müayinələrin aparılması üçün dəqiq "məhdud say" yoxdur. KT və ya rentgenin nə qədər tez-tez aparılacağına həkim xəstənin vəziyyətini və risk-fayda balansını qiymətləndirərək qərar verir.
Qeyd olunur ki, ionlaşdırıcı şüalanma hüceyrələrdə DNT zədələnməsi riskini artıran enerji növüdür. Buna görə yüksək doza və ya tez-tez təkrarlanma nəzəri olaraq xərçəng riskini yüksəldə bilər. Lakin tibbi müayinələrdə istifadə olunan şüa dozaları adətən çox aşağı olur və diaqnostik fayda riskdən üstün hesab edilir.
Məlumatlara görə, profilaktik məqsədlə aparılan müayinələrdə illik tövsiyə olunan şüalanma limiti təxminən 1 mZv təşkil edir. Məsələn, rəqəmsal flüoroqrafiyada bu göstərici 0,025–0,06 mZv aralığındadır.
KT müayinələrində isə şüalanma daha yüksək olur və döş qəfəsi KT-si üçün orta hesabla 2–7 mZv təşkil edir. Buna görə bu müayinə adətən rutin yoxlamalarda deyil, tibbi göstəriş olduqda istifadə olunur.
Mütəxəssislər vurğulayırlar ki, xəstəlik və ya travma hallarında KT və rentgen üçün sərt say məhdudiyyəti yoxdur. Həkimlər bu zaman "ALARA" prinsipinə əsaslanır – şüalanma mümkün qədər az, lakin diaqnostika üçün kifayət qədər olmalıdır.
Eyni zamanda qeyd olunur ki, insanın aldığı şüalanmanın böyük hissəsi təbii mənbələrdən gəlir, tibbi şüalanmanın payı isə ümumi göstəricidə daha azdır.
Oxşar xəbərlər
Azər Hacıyevə yüksək vəzifə verildi
Mingəçevir Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı İlham İsmayılov əmr imzalayıb. İcra ba...