Kreditini vaxtından əvvəl bağlayan şəxslər sığorta pulunu geri ala bilər
Yeniliklərdən dərhal xəbərdar olun
İpoteka kreditini vaxtından əvvəl bağlayan bəzi vətəndaşlar ödədikləri sığorta haqqının bir hissəsini geri ala biləcəklərindən xəbərsizdir.
BAKU.WS-in məlumatına görə, kredit götürülərkən bağlanan həyat sığortası müqavilələrində istifadə olunmayan müddətə görə ödənilmiş vəsait müəyyən hallarda geri qaytarıla bilər.
Məlumatlara görə, əgər kredit götürülən müddətdən daha tez bağlanarsa, sığorta müqaviləsində nəzərdə tutulan istifadə olunmamış dövr üzrə ödənişlər geri tələb oluna bilər. Bu qayda yalnız ipoteka kreditlərinə aid deyil. Ümumilikdə, həm həyat, həm də qeyri-həyat sığortası müqavilələrinin əksəriyyətində belə bir imkan mövcuddur.
Əgər vətəndaş kredit öhdəliyini vaxtından əvvəl tam yerinə yetirərsə, istifadə olunmayan sığorta müddətinə görə ödədiyi vəsaitin bir hissəsini geri tələb edə bilər.
Bunun üçün vətəndaş sığorta şirkətinə müraciət etməli, kreditin tam bağlandığını təsdiq edən sənədi təqdim etməlidir. Daha sonra sığorta şirkəti istifadə olunmuş günlərin dəyərini hesablayır, qalan müddət üzrə məbləği isə müəyyən komissiyalar çıxılmaqla müştəriyə geri ödəyir.
Qeyd edək ki, bu mexanizm sığorta sahəsində geniş tətbiq olunan standart prosedurlardan biridir və həm könüllü, həm də icbari sığorta növlərinə şamil oluna bilər.
Oxşar xəbərlər
Bakının bu qəsəbəsində uşaqlar və yaşlılar təhlükədədir
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin gündəlik hərəkətini çətinləşdirib. Bu barədə Bakı sakini Fatma Novruzova...