Koronavirusun yeni ştammının Azərbaycana gəlmə təhlükəsi varmı? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Koronavirusun müəyyən edilmiş yeni ştammının ölkəmizə gəlmə təhlükəsi hələ ki, yoxdur".
BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişiyev deyib.
O bildirib ki, son günlər koronavirusun yeni ştammının təhlükəsi insanları narahat edir:
"Bir sıra ölkələrdə virusun mutasiyaya uğramış yeni forması aşkar olunsa da, hələ ölkəmizdə rast gəlinməyib. Xarici ölkələrdən respublikamıza gələn hər bir şəxs koronavirusun bütün ştammlarına qarşı tam müayinədən keçirilir".
Həkim-infeksionist insanları təşvişə düşməməyə çağırıb, profilaktik tədbirlərin vacibliyini vurğulayıb.
Qeyd edək ki, koronavirusun yeni variantına ilk dəfə Böyük Britaniyada rast gəlinib.
Oxşar xəbərlər
Mutasiyaya uğramış virus təhlükəlidir? - VİDEO
Böyük Britaniyada COVID 19 infeksiyasının ard-arda iki dəfə mutasiyaya uğraması Avropa qitəsində insanlar arasında müəyyən narahatlığa, hətta bəzi ölkələrdə təş...