Ödəmə aparatlarından istifadə edərkən diqqətli olun! Həkimdən AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ödəmə aparatları virusa yoluxdurur.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, həkim-infeksionist Sədrəddin Atakişizadə deyib ki, virus daşıyıcısı olan şəxs həmin xidmətdən istifadə edibsə, başqasına yoluxdura bilər. Odur ki, ödəmə terminalları hər gün dezinfeksiya olunmalıdır.
Həkim infeksionist son günlər istər paytaxt, istərsə də bölgələrdə yaşayış yerini tərk edən koronavirus xəstələrindən də danışıb. Bildirib ki, ev şəraitində müalicə alan koronavirus xəstələrinin evdən çıxması minlərlə insanın virusa yoluxması deməkdir.
Sədrəddin Atakişizadə onu da bildirib ki, bəzən vətəndaşlar tərəfindən həkim təyinatı olmadan dərmanlar alınaraq istifadə edilir.
Onun sözlərinə görə, hər bir xəstəyə fərdi olaraq həkim yanaşmalı, diaqnostikası dəqiqləşdirilməli, digər xəstəlikləri araşdırılmalı, ondan sonra müalicə təyin olunmalıdır. Ümumi müalicə prinsipi ilə virusdan müalicə insanlarda ağırlaşmaya gətirib çıxara bilər.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...