Koronavirusun yayılma sürəti nisbətən səngiyib
Yeniliklərdən dərhal xəbərdar olun
Son 7 gündə dünyada COVID-19 virusuna təsdiqlənmiş yoluxma halları 1,8 milyon artıb. Bu da iyul ayının axırından etibarən həftəlik miqdarın bir səviyyədə olduğunu göstərir.
BAKU.WS report-a istinadən xəbər verir ki, pandemiyanın ilk günlərinə nisbətən həftəlik yoluxma miqdarı minimum hədd olan 7,5 faizədək geriləyib.
Bütövlükdə indiyədək dünyada yoluxanların sayı 24,5 milyon, yəni dünya əhalisinin 0,3 faizindən artıqdır. Son həftə sağalanlar 1,45 milyon artaraq 16 milyona, yəni yoluxanların 65,4 faizinə çatıb.
Koronavirusdan ölənlərin xüsusi çəkisi də 3,4 faizədək azalaraq minimum həddə geriləyib. Belə ki, son 7 gündə daha 38 minə yaxın xəstə dünyasını dəyişməklə ölənlərin sayı 832 minə çatıb.
Oxşar xəbərlər
Koronavirusun ən çox təhlükə törətdiyi ölkələr - SİYAHI
Dünyada COVID-19-a yoluxma hallarının sayı artır. Koronavirusun aşkarlandığı 213 ölkədə və bölgədə COVID-19-a ümumilikdə 9 354 860 yoluxma aşkarlanıb. BAKU.WS r...