Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği 114 milyon manatı keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 114 milyon manatı ötüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu günə kimi fonda 114 072 570 manat vəsait köçürülüb.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...