Azərbaycanda koronavirusla mübarizə üçün toplanan ianə 100 milyon manatı keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu günə kimi fonda 102 741 569 AZN, 132 966 USD, 26 468 EUR, 500 GBP vəsait köçürülüb.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.
Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir.
Oxşar xəbərlər
Koronavirusla Mübarizəyə Dəstək Fonduna kim nə qədər pul köçürüb? - SİYAHI
Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılıb. BAKU.WS xəbər verir ki, fondun məq...