Kolleclərə qəbul imtahanının vaxtı AÇIQLANIB
Yeniliklərdən dərhal xəbərdar olun
Kolleclərə qəbul imtahanının vaxtı açıqlanıb.
BAKU.WS xəbər verir ki, 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı 2-3 apreldə keçiriləcək.
Həmin tarixdə eyni zamanda əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V qrup üzrə ali təhsil müəssisələrinə də qəbul imtahanı olacaq.
Bundan başqa müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən 11-ci sinif şagirdləri üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli dil üzrə vermək istəyən 11-ci sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı (11 illik) da 2-3 apreldə keçirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Ali məktəblərə müsabiqə şərtləri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2021-2022-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə tələbə qəbulunun şərtlərini açıqlayıb. DİM-dən BAKU.WS-ə verilən məlumata g...