Kənd Təsərrüfatı Nazirliyində iki idarə rəisi işdən azad edilib

Kənd Təsərrüfatı Nazirliyində iki idarə rəisi işdən azad edilib
Sosial 1021
Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən azad olunub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Yevlax Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir İmran oğlu Rzayev və Hacıqabul Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Bəybala oğlu Mirzəyev tutduqları vəzifələrdən azad ediliblər. Hər iki şəxsin öz ərizəsi əsasında işdən azad edildiyi bildirilir.Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazir İnam Kərimovun müvafiq əmri ilə Rafail Cəbrayıl oğlu Quliyev nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə müdir təyin olunub. Rafail Quliyev bundan əvvəl Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində çalışıb.BAKU.WS

Oxşar xəbərlər

Vasif Talıbovdan yeni təyinat

Vasif Talıbovdan yeni təyinat

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.BAKU.WS xəbər veri ki, bununla bağlı bu gün Naxçıvan MR Ali Məclisinin sədri Va...

857 Siyasət 10:07 30 iyun 2018

Son xəbərlər