Kimisi zərərli deyir, kimisi fincan-fincan içir - Mütəxəssislər qəhvənin sağlamlığa təsirini açıqladı

Kimisi zərərli deyir, kimisi fincan-fincan içir - Mütəxəssislər qəhvənin sağlamlığa təsirini açıqladı
Sosial 53

Səhərlər oyanmaq, gün ərzində enerji toplamaq və ya söhbət zamanı içilən qəhvə ilə bağlı illərdir mübahisələr davam edir. Bəziləri qəhvənin sağlamlığa zərərli olduğunu düşünür, digərləri isə onu müntəzəm şəkildə qəbul edir. Mütəxəssislər isə bu müzakirələrə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, araşdırmalara görə, qəhvə düzgün və ölçülü miqdarda qəbul edildikdə sağlamlıq üçün faydalıdır. Mütəxəssislər gündə 400 milliqramdan çox kafein qəbul edilməməsini tövsiyə edir.

Qeyd olunur ki, qəhvə:

-beynin aktivliyini artırır, diqqət və yaddaşı gücləndirir;

-depressiya riskini azalda, Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər;

-qaraciyərin fəaliyyətini dəstəkləyir, yağlanma və siroz riskini azaldır;

-ürək-damar sağlamlığına müsbət təsir edir, infarkt və insult riskini aşağı sala bilər;

-maddələr mübadiləsini sürətləndirir və 2-ci tip diabet riskini azaldır.

Mütəxəssislər bildirir ki, qəhvənin həddindən artıq qəbulu əks təsir göstərə bilər. Səhərlər acqarına içilməsi məsləhət görülmür. Filtr qəhvə kimi dəmləmə üsulları daha sağlam hesab olunur, hazır və paketlənmiş qəhvələr isə mümkün qədər az istehlak edilməlidir.

Son xəbərlər