İki marşrut üzrə avtobuslarda gediş haqqı "BakıKart"a keçib

İki marşrut üzrə avtobuslarda gediş haqqı BakıKarta keçib
Sosial 18

Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.

Bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək etməsi məqsədilə post-terminallar təqdim edilib.

Qeyd edək ki, 567 və 592 saylı marşrut xətləri üzrə avtobuslardan hər gün 35-40 min nəfərədək sərnişin istifadə edir. Bu xətlərin kart sisteminə qoşulması sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı maliyyə şəffaflığı və elektron ödənişlərin təşviqi baxımından da çox əhəmiyyətlidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3925 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər