Kərəviz ilə arıqlayın

Kərəviz ilə arıqlayın
Sosial 169

Tərkibində C, K vitaminləri və kalium olan kərəviz, qoxusuna görə bir çox insanın yeməkdən qaçdığı tərəvəzdir. Ancaq bu ətirli tərəvəzin bir çox faydası var.

BAKU.WS xarici araşdırmaara istinadən kərəvizin faydalarını təqdim edir.

Kərəviz arıqlamaq üçün çox faydalıdır. Çünki toxumalardan artıq suyun çıxarılmasına kömək edir və ən aşağı kalorili tərəvəzlərdən biridir. Kərəviz sapından hazırlanan içkilər də arıqlamağa kömək edir. Ancaq kərəviz bütün müsbət xüsusiyyətlərini yalnız təzə istifadə edildikdə göstərir.

Kərəviz kartof, çuğundur və yerkökü kimi çox nişastalı olmayan tərəvəzdir. Kərəviz kobud səthi ilə fərqli bir görünüşə malikdir. Lif baxımından yüksək və karbohidratları az olan kərəviz nişasta ehtiyacını da qarşılayır.

K vitamini sümük sağlamlığı və qan laxtalanması üçün vacib bir vitamindir. Araşdırmalara görə, K vitamini sümük sınığı riskini azaldır. K vitamini qaynaqlarından biri olan kərəviz, tərkibindəki fosforla da sümüklərin inkişafında rol oynayır.

Kərəvizdə olan antioksidanlar, bir çox tərəvəz və meyvələrdə olduğu kimi, oksidləşdirici stresin yaratdığı zərərləri sağaltmaq üçün yaxşı ola bilər.

Liflə zəngin qidaların istehlakı tip 2-ci tip diabetin qarşısını almaq üçün faydalı ola bilər. Bir araşdırmaya görə, kərəviz istehlak edən insanların şəkər xəstəliyinə tutulma riski nisbətən 13 faiz azdır. Kərəviz lifli quruluşu sayəsində yemək zamanı sizi uzun müddət tox tutmaqla yanaşı, çəkiyə nəzarətdə də sizə kömək edir. Tərkibindəki yüksək su və aşağı kalori ilə də arıqlamağa kömək edir. Sağlam bir pəhriz üçün düzgün seçimdir. Kərəviz və kərəviz saplarında üzvi natrium var. Bu, qan dövranını tarazlaşdırır və kalsiumun udulmasını təmin edir. Bədəndə kifayət qədər üzvi natrium olduqda, karbon qazı daha asan xaric olur. Kərəvizin tərkibindəki dəmir qan hüceyrələrinin oksigenləşməsini təmin edir. Kərəvizin tərkibindəki pəhriz lifləri istehlak etdiyimiz yağları bağlayır. Buna görə də, bağırsaqlar tərəfindən udulmuş yağ miqdarını və qan lipid səviyyələrini azaldır. Həm də K vitamini mənbəyi olmaqla ürək-damar sağlamlığını qoruyur. Kalium bədən mayelərini və qan təzyiqini tənzimləyərkən, maqnezium ürək əzələlərinin fəaliyyətini dəstəkləyir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər