Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verildi
Sabiq müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.
BAKU.WS Manşet.az-a istinadən xəbər verir ki, məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı olub.
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...