Kənd məktəbinin müəllimləri vahid geyim formasında

29
sen
2019
20:15
Şəkinin Oxud kənd tam orta məktəbinin müəllimləri vahid geyim formasına keçib.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, yeni dərs ilinin ilk günündən müəllimlər siniflərə ağ köynək və boz kostyumda daxil olublar.Vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra reallaşıb.Qeyd edək ki, sözügedən təhsil olacağı şəhər mərkəzindən 15 kilometr aralıda yerləşir. 660 şagirdi olan məktəbdə 79 müəllim çalışır.
Oxşar xəbərlər
İlahiyyat İnstitutunda tələbələrə vahid geyim tətbiq olunacaq
“Azərbaycan İlahiyyat İnstitutunda vahid geyim forması tətbiq edilir”.BAKU.WS "apa"ya istinadən xəbər verir ki, bunu İnstitutun rektoru Ceyhun Məmmədov bildirib...
