5-ci sisnif şagirdi dərsə getmək üçün hər gün qayıqla Kür çayından keçir - VİDEO
07
mar
2019
23:31
Bərdədə müvəqqəti məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Əli Hümbətov yaşadığı ərazidən təxminən 5 km. aralıda yerləşən Zərdab rayonunun Xasa kənd ümumi orta məktəbində oxuyur.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki. 5-ci sinif şagirdi olan Əli təhsilini davam etdirmək üçün bütün əziyyətlərə qatlanır. O, hər səhər velosipedlə Kür çayının kənarına gəlir, qayıqla qarşı tərəfə keçərək dərsə yollanır.Onun dərslərə olan marağı sinif yoldaşlarını da həvəsləndirir.Küləkli havalarda Əli çayı keçib dərsə gedə bilməyəndə müəllimləri ona əlavə məşgələlər təyin edir. Bununla da o, dərs proqramından geri qalmır.Əlinin uğurlarında oxuduğu məktəbin rəhbərliyinin də payı var. Hər gün Kür çayını keçdiyi qayığı məhz Xasa kənd orta məktəbinin rəhbərliyi onun üçün düzəltdirib. Qayığı sürməyi bacaran qadın isə hər gün şagirdə kömək edir, çayın o tərəfindən bu tərəfinə keçirir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı müəllim: "25 ildir ki, dərsə qayıqla gedirəm" (VİDEO)
Neftçala sakini Səidə Qüdrətova düz 25 ildir ki, şagirdlərinə dərs demək üçün Kür çayının bir sahilindən digər sahilinə qayıqla keçir. Təhlükəli yolu təkbaşına...