Kənan MM: "Mən Azərbaycanın ən kasıb rejissoruyam"
"Mən Azərbaycanın ən kasıb rejissoruyam".
Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan rejissor və aktyor Kənan MM deyib.
O, yaradıcılıqda maddi imkanlardan daha çox istedadın önəmli olduğunu vurğulayıb:
"İstedadsız insana bir milyon versəniz belə, heç nə edə bilməyəcək. Amma istedadlı insana imkan yaradılanda o, bacardığının 10 qatını ortaya qoyacaq. Mən Azərbaycanın ən kasıb, lakin ən səmimi duyğulara sahib olan rejissoruyam. Heç vaxt lüks şəraitdə, rahatlıq içində işləməmişəm. Mənim çalışdığım büdcə ilə başqaları bir bölüm belə çəkə bilməzlər".
Rejissorun sözlərinə görə, ekran işi tamaşaçını bezdirməməli və yaddaşlarda iz qoymalıdır:
"İstəyirəm ki, tamaşaçılar serialın sonunda "kaş bitməzdi" desinlər. Çəkdiyim seriallar adətən 30 bölümdən çox olmur. İzləyicini bezdirmək istəmirəm, çünki hekayəni süni şəkildə uzatmaq olmaz. İnsanın bəlli bir problemi varsa, o ya müsbət, ya da mənfi sonluqla bitməlidir".
Oxşar xəbərlər
Sayğaca yüklənən pul "yoxa çıxır"? - "Azərişıq"dan abonentlərə cavab
Gəncədə və ölkənin müxtəlif bölgələrində elektrik sayğaclarına yüklənən vəsaitin tam oturmaması və balansdan əlavə məbləğlərin çıxılması sakinlərin narazılığına...