Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra Xaçmaz və Şabran rayon sakinlərinin müraciətləri dinlənilib, əksəriyyəti yerindəcə həllini tapıb. Həmçinin bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qalereya
Oxşar xəbərlər
Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA
"Pensiyaların 7,5 faiz artırılması gözlənilsə də, bu artım vətəndaşların gündəlik xərclərini qarşılamaq və alıcılıq qabiliyyətini qorumaq üçün kifayət etməyə bi...