Kəmaləddin Heydərov Niyaməddin Musayevin QIZINI İŞDƏN ÇIXARDI
Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva öz ərizəsi ilə işdən çıxarılıb.
BAKU.WS "Manset"ə istinadla xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsində baş məsləhətçi vəzifəsində çalışan Röya Musayeva tutduğu vəzifədən azad edilib.
Bir müddət əvvəl mətbuatda onun polkovnik rütbəsi daşıdığı iddia edilsə də, əslində Röya Musayevanın hərbi rütbəsi olmayıb.
Məlumatı FHN-in Mətbuat Xidmətdən təsdiqləyiblər.
Oxşar xəbərlər
Səyahət etmək bahalaşacaq: Aviabiletlərin qiyməti arta bilər - PROQNOZ
Yaxın Şərqdəki münaqişənin uzanacağı təqdirdə, 2027-ci ildə beynəlxalq uçuşların qiymətinin 10% artacağı gözlənilir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...