Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Evləri...
Şəki şəhəri, eləcə də Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış keçmiş məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evləri və mənzillərdə təmir işləri aparılacaq.
BAKU.WS-in məlumatına görə, təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən həyata keçiriləcək.
Təmir işlərinə sərf olunacaq məbləğ 484 min manat təşkil edir.
Layihə çərçivəsində əsasən yaşayış binalarında cari təmir işlərinin görülməsi nəzərdə tutulur. Təmir zamanı dam örtüklərinin metal hissələrinin köhnə boyası təmizlənəcək, xarici və daxili divarlarda yararsız suvaqlar söküləcək, divarların köhnə rəng qatları qaşınıb yenilənməyə hazırlanacaq.
Bundan əlavə, istismara yararsız vəziyyətdə olan taxta qapı blokları söküləcək. Təmir işləri yüzlərlə kvadratmetr sahəni və onlarla mənzili əhatə edəcək.
Qeyd edək ki, bu tədbirlər məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və evlərin daha təhlükəsiz və rahat vəziyyətə gətirilməsi məqsədi daşıyır.
Oxşar xəbərlər
2025-ci ildə "Global Media Group" media sahəsində yüksək nəticələr əldə etdi
2025-ci il "Global Media Group" üçün əlamətdar il olub. Ötən il ərzində şirkətlər qrupu fəaliyyətini daha da inkişaf etdirərəkinformasiya istehsalı və yayımını...