Kartofun ziyanları barədə HƏKİMDƏN XƏBƏRDARLIQ

Kartofun ziyanları barədə HƏKİMDƏN XƏBƏRDARLIQ
Sosial 397

Kartof bir çox yeməyin hazırlanmasında istifadə edilən tərəvəzlərdən biridir. Tərəvəzin tərkibində mühüm amin turşuları, sink, silisium, maqnezium, xrom, kalium, C və B vitaminləri, həmçinin fol turşusu və orqanizm üçün faydalı olan digər maddələr var.

Rusiyanın Volqa bölgəsinin baş həkimi Tatyana Neumolotova hesab edir ki, kartofun bütün faydalarından yalnız düzgün bişirildiyi təqdirdə yaralanmaq mümkündür. Belə ki, uzun müddət yüksək istilikdə bişirilən kartofun bütün faydalı xüsusiyyətləri yox olur, buna görə də onu öz qabığında bişirmək lazımdır.

Həkimin fikrincə, tək kartof yemək yüksək glisemik indeksə görə arzuolunmazdır. Çünki kartof kifayət qədər yüksək kalorilidir.

Ən təhlükəlisi uzun müddət saxlanılan kartofu yeməkdir. Bu zaman tərəvəzdə zəhərlənmə, ürəkbulanma, ishal və qarın ağrısı yarada bilən solanin maddəsi ifraz olunur.

Oxşar xəbərlər

Ətraf mühiti çirkləndirənlər yarım milyona qədər cərimələnəcək - SİYAHI

Ətraf mühiti çirkləndirənlər yarım milyona qədər cərimələnəcək - SİYAHI

Nazirlər Kabineti “Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn...

76 Sosial 15:10 19 avqust 2022

Son xəbərlər