Karantin müddətində sakinlərə yardım ediləcək - FOTO

Karantin müddətində sakinlərə yardım ediləcək - FOTO
Foto
Sosial 297

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, bu tədbirlər çərçivəsində Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlarımıza “Evdə qal” devizi altında karantin müddəti başa çatana qədər çörək yardımı edəcək.

Aksiya çərçivəsində sərhədyanı kəndlər başda olmaqla rayonun bütün ərazisindəki qeyd edilən sakinlərə gün ərzində ailə üzvlərinin sayına uyğun çörək paylanılacaq.

Ümumilikdə 200-dən çox ailəyə 500-ə yaxın çörək paylanılması nəzərdə tutulub ki, bu da Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi bitənədək davam edəcək.

RPŞ-nin əməkdaşları sovqat aparılan ailələrlə maarifləndirici mövzuda söhbətlər aparıb, koronavirus pandemiyasının səbəb ola biləcəyi bütün mənfi hallar barədə geniş məlumat verib.

Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə edilib.

Yardım kampaniyasına görə sakinlər RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24060 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər