Karantin müddəti niyə uzadıldı? - Deputat səbəbi AÇIQLADI
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Beləliklə, karantin rejiminin müddəti hələ iyulun 1-dək davam edəcək.
Karantin müddətinin uzadılmasının səbəbi maraqlıdır. Çünki artıq pandemiya çoxdan ləğv edilib.
BAKU.WS xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, karantin müddətinin uzadılmasının əsas səbəbi təhlükəsizliklə bağlıdır:
"Bu məsələnin üzərinə mən də getmişəm. Karantin müddətinin uzadılması təhlükəsizlik məsələsi ilə bağlıdır. Ermənilərlə bizim məsələlərimiz həll olunmayıb. Digər tərəfdən, İran məsələsi, ölkəyə kənardan giriş var. Əsas məsələ ölkəmizin təhlükəsizliyidir".
Oxşar xəbərlər
Yağışlı havada piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir?
Yağışlı havada sürücülərin sürəti artırması piyadalar üçün ciddi problemə çevrilir. BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, paytaxtın müxtəlif küçələrində...