Azərbaycan vətəndaşları ən çox HANSI ÖLKƏLƏRƏ səfər ediblər?
2026-cı ilin yanvar-avqust aylarında 1 milyon 384.5 min Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi məlumatda bildirilir.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2.4 faiz az göstəricidir.
Azərbaycanlıların xarici səfərlərində Türkiyə ilk sırada yer alıb. Səfərlərin 43.9 faizi bu ölkənin, 14.8 faizi Rusiyanın, 12.8 faizi Gürcüstanın, 5.3 faizi İranın payına düşüb. Digər ölkələrə səfərlərin ümumi payı isə 23.2 faiz olub.
Hesabat dövründə Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.2 faiz, Gürcüstana gedənlərin sayı isə 13.6 faiz artıb. Rusiyaya səfərlərdə 2.2 faiz, İrana səfərlərdə isə 41.2 faiz azalma qeydə alınıb.
Xaricə gedənlərin 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edib.
Səfərlərin böyük hissəsi hava nəqliyyatı ilə həyata keçirilib. Belə ki, səfərlərin 70.7 faizi hava, 27.4 faizi dəmir yolu və avtomobil, 1.9 faizi isə dəniz nəqliyyatının payına düşüb.
Oxşar xəbərlər
Sabah Bakıda 27 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bak...