İlham Əliyev İrakli Kobaxidzeyə zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb.
Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident dünyanın aparıcı investisiya şirkətlərindən birinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan "Brookfield Asset Management"in baş icraçı...