Kafe və restoranlar bağlanır - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında qeyd olunub.
Qərara əsasən, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.
Oxşar xəbərlər
Azərbaycanda xüsusi karantin sərtləşdirildi - VİDEO - RƏSMİ
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərargahdan BAKU.WS-ə daxil olan məlumatda deyilir: “Dünya ictimaiyyətinin üz...