İyunun 1-də Azərbaycanda xüsusi karantin rejimi bitib? - VACİB AÇIQLAMA
Baş nazir Əli Əsədovun sonuncu qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılmışdı.
Ötən gün, yəni iyunun 1-də bu barədə yeni qərarın verilməməsi insanlarda belə bir sual doğurub: ölkədə xüsusi karantin rejimi bitib?
BAKU.WS mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynovun fikirlərini öyrənib.
Deputat bildirib ki, bu barədə hökumətin qərarını mütləq gözləməliyik. Nazirlər Kabinetinin mətbuat xidməti yəqin ki məlumat yayacaq.
"Ola bilsin ki həftəsonuna düşüb, bu gün birinci gündür və çox gümankı ictimaiyyətə məlumat veriləcək", - Aydın Hüseynov vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
18 mindən çox abonentin qazı kəsiləcək
Martın 11-də saat 10:00-dan etibarən Quba şəhəri və 33 yaşayış məntəqəsində ümumilikdə 18 520 abonentin qaz təchizatı dayandırılacaq. BAKU.WS xəbər verir ki, bu...