İşığınız zəifdirsə bu 5 SƏHVİ etməyin

İşığınız zəifdirsə bu 5 SƏHVİ etməyin
Sosial 308

Yay aylarında hərarətin yüksəlməsi ilə birgə elektrik enerjisinə olan tələbat da kəskin artır. Xüsusilə Bakının ətraf yaşayış məntəqələri, eləcə də şəhərdaxili mikrorayonlar mütəmadi olaraq işıq zəifliyi və enerji kəsintilərindən əziyyət çəkir.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bu vəziyyəti əsasən elektrik xətlərinin həddindən artıq yüklənməsi ilə əlaqələndirir.

Bunun üçün də vətəndaşlar pik saatlarda enerji istehlakını azaltmalıdır. Saat 18:00–23:00 arası adətən şəbəkədə ən çox yük düşən saatlardır. Bu saatlarda eyni vaxtda kondisioner, paltaryuyan, ütü, elektrik sobası kimi cihazlardan istifadə edilməməlidir.

Eyni anda çoxlu cihaz işlətmək olmaz. Evdə eyni vaxtda ağır elektrik cihazlarının işləməsi (xüsusilə yayda) şəbəkəyə yük salır və gərginliyi azaldır.

Həmçinin köhnə texnikanı yeniləmək lazımdır. Enerji istehlakına qənaət edən "A+" və ya "A++" kimi texnikalar az enerji çəkir və ümumi yüklənməni azaldır.

Uzunmüddətli işləyən cihazları nəzarətsiz qoymaq da təhlükəlidir. Kondisioneri evdə olmadıqda işlək vəziyyətdə saxlamaq, televizorları gecə rejimində açıq qoymaq lazımsız yüklənmə yaradır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Azərbaycanın əhalisi 11 min 99 nəfər artıb. BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı 0.1 faiz arta...

119 Sosial 19:58 17 avqust 2026

Son xəbərlər