İş yerlərindəki ayrı-seçkilik: "Bəzi şirkət rəhbərləri ancaq qızları önə çəkirlər"
Yeniliklərdən dərhal xəbərdar olun
İş elanlarına nəzər saldıqda vakansiyalarda işəgötürənlərin əksəriyyətinin işçi ilə bağlı yaş və cins məhdudiyyətləri qoyduqları məlum olur.
Eyni zamanda, iş yerlərində müxtəlif səbəblərdən əmək müqavilələrinə xitam verilərkən ortayaşlı şəxslərə üstünlük verildiyi müşahidə edilir. Bu isə həmin şəxslərin pensiya yaşınadək olan dövrdə maddi çətinliklə yanaşı, pensiya təminatını sual altına qoyur.
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
Vətəndaşlar - "Bəzi şirkət rəhbərləri ancaq qızları önə çəkirlər", "Yaşa deyil, təcrübəyə baxmaq lazımdır", - kimi fikirlər səsləndirərək mövcud problemə etirazlarını bildiriblər.
İş yerlərindəki ayrı-seçkilik Konstitusiyanın 25-ci və Əmək Məcəlləsinin 16-cı maddəsinin tələblərinə ziddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilir ki, sözügedən əməlləri törədən işəgötürənlər məsuliyyət daşıyırlar.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...