iPhone işlədənlər üçün VACİB XƏBƏR
"Apple" köhnə iPhone modellərinin sahiblərinə iOS sistemini yeniləməyi tövsiyə edib.
BAKU.WS-in məlumatına görə, şirkət təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün yeni proqram təminatı yayımlayıb.
Məlumata görə, "Apple" iOS 16.7.15, iOS 15.8.7, həmçinin iPadOS 16.7.15 və iPadOS 15.8.7 yeniləmələrini təqdim edib. Bu yeniləmələr "Coruna" adlı eksploitlə bağlı aşkar olunan təhlükəsizlik zəifliklərini aradan qaldırır. Problemi mart ayının əvvəlində "Google" və "iVerify" şirkətlərinin tədqiqatçıları müəyyən ediblər.
Bildirilir ki, "Coruna" bir neçə zəifliyin birləşdirildiyi hücum zənciridir. Bu eksploit əsasən köhnə əməliyyat sistemi versiyalarında işləyən "Apple" cihazlarını hədəfə alır.
Tədqiqatçıların məlumatına görə, hücum zamanı beş tam istismar zəncirindən istifadə olunub və ümumilikdə 23 təhlükəsizlik boşluğu müəyyən edilib. Bu zəifliklər iOS 13-dən iOS 17.2.1-ə qədər olan versiyalarla işləyən cihazlara təsir göstərə bilər.
Şirkət daha əvvəl yeniləmələr barədə qısa məlumat yayaraq yalnız vacib təhlükəsizlik düzəlişləri edildiyini bildirmişdi. Lakin bu dəfə "Apple" açıqlamasında qeyd edib ki, yeniləmələr sistem nüvəsində və "WebKit" brauzer mühərrikində mövcud olan, "Coruna" tərəfindən istifadə oluna biləcək boşluqları aradan qaldırır.
Qeyd olunur ki, bu yeniləmələr əsasən son iOS versiyalarını dəstəkləməyən köhnə cihazlar üçün nəzərdə tutulub və aşkar edilən təhlükəsizlik risklərini azaltmağa xidmət edir. Yeniləmənin tətbiq olunduğu cihazlar arasında iPhone 6s, iPhone 7, iPhone SE (birinci nəsil), iPad Air 2, iPad mini 4 və iPod touch 7 yer alır.
Oxşar xəbərlər
Sabah 14° isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə BAKU.W...