İnam Kərimov: Ədalətli məhkəmə araşdırması peşəkar və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür
Ədalətli məhkəmə araşdırması peşəkar və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şuranın sədri İnam Kərimov "Vəkil Günü" peşə bayramı münasibətilə keçirilən andiçmə və təltifolunma mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib:
"Ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür. Bu səbəbdən Azərbaycanda son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilib, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb, hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib".
Oxşar xəbərlər
Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb
Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə ərsəyə gəyirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, Prezidentin izi ilə Şamaxıya ezam olunmuş əməkdaşı xəbər...