İmişlidə bir kənd bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv edilib
03
fev
2025
16:46
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:
"Həmin məntəqələrdə Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, bu məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır
Bakının daha iki yol sahəsində təmir işləri aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bil...